​"Bakı Metropoliteni" könüllü yığır

​"Bakı Metropoliteni" könüllü yığır
11:47 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ İyun ayında Bakıda keçiriləcək I Yay Avropa Oyunları üçün “Bakı Netropoliteni” QSC-yə könüllülər tələb olunur.
"Report"un "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçilik etməkdən ibarət olacaq.
Könüllünün ingilis dilində sərbəst danışmaq bacarığı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olması tələb edilir.
Digər xarici dilləri bilmək də təqdirəlayiqdir. İş rejimi iyunun 12-dən 28-dək olmaqla, hər gün 6-7 saat təşkil edir. Könüllü olmaq istəyənlər anketini aprelin 27-dək volunteer@metro.gov.az elektron ünvanına göndərə bilər.
Qeyd edək ki, anketi bu ünvandan əldə etmək olar: www.dropbox.com/s/njmng0pxjnrbud9/anketa_volonter_az.docx?dl=0.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-metropoliteni-konullu-yigir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR