AGAT “Gənc jurnalistlərin etik prinsipləri” adlı yeni layihəyə start verir

AGAT “Gənc jurnalistlərin etik prinsipləri” adlı yeni layihəyə start verir
12:18 7 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc jurnalistlərin etik prinsipləri” adlı yeni layihəyə start verir.
AZƏRTAC xəbər verir ki, AGAT yüksək reytinqə malik və ən çox oxunan saytların gənc jurnalistlərinin iştirakı ilə yeni mediadan istifadə, jurnalist etikası və dolğun xəbərin hazırlanması məqsədilə 12 günlük təlimlər keçirməyi planlaşdırır. Təlimlərə 40 jurnalistin qatılması nəzərdə tutulur.
Ekspertlər tərəfindən aparılacaq təlimlər internetdə kommunikasiya mədəniyyəti və gənc jurnalistlərin etik prinsiplərini gözləyərək peşəkarlıqlarının daha da artırılmasına kömək edəcək.
Proqrama qəbul seçim əsasında aparılacaq. Layihədə iştirak etmək istəyən 18-19 yaşlı jurnalistlər aprelin 12-dək agat.ngo@gmail.com ünvanına CV-lərini göndərə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AGAT_Genc_jurnalistlerin_etik_prinsipleri_adli_yeni_layiheye_start_verir-844166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR