Dünən Xəzər telekanalında yayımlanan "5/5" verilişinin qonağı olan xalq artisti Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Zaurun "sürpriz"i ilə qarşı-qarşıya qalıblar.

Milli.Az xəbər verir ki, aparıcı Gülünün adından hazırladıqları sualları onun dilindən Rəmişə ünvanladıb.

Rəmişlə Gülünün sual-cavab əsasında yaranan maraqlı dialoqunu təqdim edirik:

Mənə görə gitaranı atarsan?

- Yox!

Mənə xəyanət eləmisən?

- 50 dəfə.

Maşını satıb, mənə bahalı şuba alarsan?

- Mənim Ehtiram kimi, Təyyar kimi dostlarım var. Maşını satınca, onlara deyərəm "Gülüyə şuba alıb, gətirin", alıb gətirərlər. Bu da olmasın iki milyarderin toyu.

Evi mənim adıma keçirərsən?

- Çoxdan keçirmişəm, evi də, maşını da. Ona görə ki, insan ömrü çox qısadır. Xəstələnməyi var, ölməyi var. Mənim başıma nəsə gələrsə, bəzi qohum-əqraba o mülk üçün Gülüylə davaya qalxmasınlar, ona görə.

Mənim ad günüm nə vaxtdır?

- Yadımda deyil o.

Məni çox istəyirsən, yoxsa gitaranı?

- İkinizi də eyni səviyyədə. Biri pul gətirir, biri də əziyyətimi çəkir.

Mənim dalımca danışmısan?

- Çox.

Camaatın yanında sevgini mənə sübut edə bilərsən?

- Camaatın yanında? Camaatın yanında sevgi olar?!(gülür)

Təhməz Təkin
Milli.Az