“Bakcell” "Gənclərin Karyera Və İnkişaf Mərkəzi" layihəsinin qaliblərini mükafatlandırıb

“Bakcell” "Gənclərin Karyera Və İnkişaf Mərkəzi" layihəsinin qaliblərini mükafatlandırıb
19:37 17 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ "Bakcell" şirkətinin təşkil etdiyi "Gənclərin Karyera Və İnkişaf Mərkəzi" layihəsinin qaliblərinə mükafatlar təqdim edilib.
"Report" xəbər verir ki, layihədə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyinin himayəsində böyüyən və digər internat müəssisələrindən məzun olan gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bildirib ki, Şirkət artıq uzun illərdir valideyn himayəsindən məhrum olan uşaqlara dəstək göstərir: "Bakcell və "SOS Uşaq Kəndi" əməkdaşlığa uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və gənclərə bizneslərini qurmağa yardım etmək mərhələsinə çatıb. Öz ideyalarını həyata keçirtməyə cəsarət tapan gəncləri təbrik edirəm".
Tədbirdə çıxış edən qonaqlar layihənin önəmindən bəhs edərək belə layihələrin təşkilinin vacibliyini vurğulayıblar.
Daha sonra qaliblər Vüsal Məmmədov "Çay evi" , Mehri Yoldaşova "Şirniyyat evi" və Seymur Kərimli "Gül dükani" layihələrinə görə mükafatlandırılıblar.
Qeyd edək ki, layihənin ötən il keçirilən birinci mərhələsində 15 gənc "Öz biznesinə başla və təkmilləşdir" adlı təlimlərdə iştirak edib. Onların 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr "Bakcell"in və "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının ekspertlərindən ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-genclerin-karyera-ve-i-nkisaf-merkezi-layihesinin-qaliblerini-mukafatlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR