Latviyanın Bakıdakı səfirliyində səfirin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq

Latviyanın Bakıdakı səfirliyində səfirin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq
14:52 7 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Latviyanın Azərbaycandakı səfirliyində səfir Hardiys Baumasinisin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq. Bu barədə "Report"a Latviyanın Azərbaycandakı səfirliyindən bildiriblər. 
Məlumata əsasən, başsağlığı kitabı bu gün saat 16.00-dan 18.00-a qədər və sabah saat 10.00-dan 13.00-a qədər açıq olacaq.
Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölüm səbəbi sağlamlığında olan problemlərlə əlaqədardır. 
H.Baumanis 2010-cu il sentyabr ayından Latviyanın Azərbaycandakı səfiri olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/latviyanin-bakidaki-sefirliyinde-sefirin-olumu-ile-elaqedar-bassagligi-kitabi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR