Şamaxıda 1 ailənin 3 üzvünün olduğu maşın dərəyə aşdı

Şamaxıda 1 ailənin 3 üzvünün olduğu maşın dərəyə aşdı
18:17 19 Noyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı-Qızmeydan yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza minik avtomobilinin idarəetmədən çıxaraq 30 metr dərinliyində olan dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.

Qəza zamanı Göyçay rayonundan olan 1974-cü il təvəllüdlü sürücü Qurcalızadə Rahim Vahid oğlu, Bakı şəhər sakini Fərəcov Bayram Zakir oğlu (1988), onun həyat yoldaşı Fərəcova Fəridə Məhərrəm qızı (1989) və onların övladı Fərəcov Nihat Bayram oğlu (2013) xəsarət alıb. Sürücünün vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/600644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR