Şəkidə bədbəxt hadisə baş verib

Şəkidə 57 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Bu gün axşam saatlarında rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Sevdigül Aslan qızı Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı Sevdigül Məmmədovanın yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxılması məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. =Şəkidə 57 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.//APA

Abşeron rayonunda qazanxana yandı - FHN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR