Azərbaycanda daha 18 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 18 dövlət əmlakı özəlləşdirilib
14:22 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 5-i kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımtikili olmaqla 18 dövlət əmlakı özəlləşdirilib.
Həmin kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlıda, digər 2-si isə Gəncə və Şəmkirdə yerləşir. Məsələn, paytaxtdakı Respublika Təsərrüfat Hesablı Poliklinika səhiyyə sahəsində qazanclı obyekt hesab olunur. Gəncədəki 40 saylı yeməkxana isə xidmət sahəsində əlverişli obyekt sayıla bilər. Şəmkirdəki ayaqqabı təmiri sexi də xidmət sahəsində gəlirlidir.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə 10-u Bakının Suraxanı, Nərimanov, Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında, 2-si isə Daşkəsən və Beyləqan rayonlarında yerləşir.
Bu gün sahibi dəyişmiş yarımtikili isə Cəlilabd rayonundakı şirə sexinə məxsus olub.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Növbəti belə hərrac noyabrın 28-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-18-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR