ABŞ-ın Atlanta şəhərində 214 milyon dollarlıq stadion partladılıb -

ABŞ-ın Atlanta şəhərində “Georgia Dome” stadionunun günbəzi iki ton partlayıcı vasitəsi ilə uçurulub.

Metbuat.az xəbər verir ki, partlayışa minlərlə şəhər sakini tamaşa edib.

Stadion 1992-ci ildə ABŞ-ın Milli Futbol Liqasında çıxış edən “Atlanta Falcons” (Atlanta şahinləri) komandası üçün tikilmişdi. Layihənin dəyəri 214 milyon dollar idi. Bundan sonra “şahinlər” ev oyunlarını tikintisinə 1,6 milyard dollar xərclənən yeni arenada keçirəcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR