Təhsil Nazirliyindən hüquq-mühafizə orqanlarına MÜRACİƏT

Təhsil Nazirliyindən hüquq-mühafizə orqanlarına MÜRACİƏT
17:49 9 Yanvar 2015
150 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil sistemindəki neqativ hallarla mübarizənin gücləndirilməsi istiqamətində nazirliyə daxil olan faktların araşdırılması təmin olunub. Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Ötən il ciddi nöqsanlara yol vermiş 2 rayon təhsil şöbəsinin məsləhətçisi, 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

23 şəxs barəsində digər intizam tənbehi tədbirləri görülüb. 5 fakt üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR