Milli.Az axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında libaslarını tikdirdiyini deyib:Xalq artisti Faiq Ağayev brendlərə üstünlük vermir
"Baxırsan kimsə başdan-ayağa brend geyinir, ortada gözəllik yoxdur. İnsan bir o qədər məşhur olmayan markalardan da geyinə bilər. Mən ölçümə uyğun, öz zövqümlə libaslarımı tikdirirəm: şalvarım, ayaqqabım, pencəyim tikilir.
1988-ci ildə səhnəyə gəldiyim gündən tikdirdiyim paltarların hamısı evdə qalır. Evimin 50 faizdən çox hissəsini geyimlərim tutur. Heç birini atmıram. Efirlərə həftədə 4 dəfə çıxıram, hər dəfə yeni paltar geyinirəm. Eyni kostyumu geyinəndə baxıb ağız əyirlər. Deyirlər kasıblayıb, yəqin".
Milli.Az