Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilib

Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilib
01:02 23 Noyabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” 2017-ci il 16 avqust tarixli qərara dəyişiklik edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, noyabrın 1-dən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib. 
Qeyd edək ki, əvvəlki qərarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun gələn ilin əvvəlində - 2018-ci ilin 1 yanvarında verilməsi əksini tapmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/maqomayev-adina-azerbaycan-dovlet-filarmoniyasina-akademik-statusu-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR