​Türkiyədəki "Xocalı şəhidləri parkı"nın lövhəsi hücuma məruz qalıb

​Türkiyədəki "Xocalı şəhidləri parkı"nın lövhəsi hücuma məruz qalıb
19:07 7 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyənin Turqutlu rayonunda yerləşən "Xocalı Şəhidləri Parkı"ndakı lövhə naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.
"Report" "Turqutlumanset"ə istinadən xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Turqay Şirin bildirib.
Onun sözlərinə görə, parkın lövhəsinin bəzi hissələri cırılıb, Türkiyə bayrağı isə yerə atılıb. O bu hadisəni qınadığını bəyan edib.
Xatırladaq ki, bu park 2015-ci il fevralın 27-də yerli bələdiyyə şurasının qərarı ilə rayonun Turqutlar məhəlləsinin Özgün küçəsində açılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyedeki-xocali-sehitleri-parki-nin-lovhes

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR