"Miss Top Model Azerbaijan-2018"-in ikinci kastinqinin tarixi məlum oldu

"Miss Top Model Azerbaijan-2018"-in ikinci kastinqinin tarixi məlum oldu
19:05 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

"Miss Top Model Azerbaijan-2018" müsabiqəsinin ikinci kastinqinin tarixi və yeri məlum oldu.

Milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2018"-in ikinci və son kastinqi 26 noyabr saat 16:00-da "Zeppelin Wine Bar" klubunda keçiriləcək.

Müsabiqənin təşkilatçıları bildirib: ""Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər".

Xatırladaq ki, 17 iyun final gecəsində - "Miss Top Model Azerbaijan-2017" adını Ceyhunə Əliyeva qazanmışdır.

Müsabiqənin iştirakçıları keçən il olduğu kimi, bu il də qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında olan anketi doldurmaqla həyata keçirilir (http://www.misstopmodel.az/form).

Ərizə qəbulu noyabr ayının 24-də bitəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/602056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR