Türkiyədə 60 uşaq İŞİD təbliğatçılarından azad edilib

Türkiyədə 60 uşaq İŞİD təbliğatçılarından azad edilib
19:37 23 Noyabr 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində 60 uşaq terrorçu İŞİD təbliğatçılarından azad edilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu haqda Ankara Prokurorluğu məlumat yayıb.
İnformasiyaya əsasən, azad olunan uşaqlar ailələrinə təhvil veriliblər. Həmin uşaqlara İŞİD-in ideoloji təlimi verilirmiş.
Uşaqların azad edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində 5-i qadın olmaqla 15 nəfər tutulub.
Uşaqların valideynləri də məsələ ilə bağlı ifadə veriblər. Onlardan biri övladını Quran kursuna göndərdiyini, başqa biri isə əxlaq problemi ilə bağlı övladını məktəbə göndərmədiyini bildirib. Valideynlər İŞİD təbliğatı aparan həmin “kursa” hər ay 100-150 (25-38 dollar) lirə ianə verirmişlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-60-usaq-i-si-d-tebligatcilarindan-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR