İlk ərbəin (qırx hədis) kitabı nə zaman və kim tərəfindən yazılıb?

İlk ərbəin (qırx hədis) kitabı nə zaman və kim tərəfindən yazılıb?
21:17 23 Noyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Mühəmməd Peyəmbər(s) buyurub: "Hər kim mənim ümmətim üçün onlara fayda verən qırx hədisi hifz edib qorusa, qiyamət günündə Allah onu alim və fəqih kimi dirildib məhşərə gətirər" (Bihar əl-ənvar, 2-ci cld, səh. 156).

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Cəfər Sadiq (ə) isə belə buyurub: "Hər kim bizim hədislərimizdən qırx hədis əzbərləsə, qiyamət günündə Allah onu alim və fəqih kimi dirildib məhşərə gətirər" (Üsul əl-Kafi, 1-ci cild, səh. 49).

Bəzi alimlər qırx hədisi əzbərləməyin və şərh etməyin fəzilətinə o qədər əhəmiyyət vermişlər ki, bu mövzuda kitab tərtib etmişlər. İslam dünyasında "ərbəin" (və ya "ərbəun") adlı ayrıca kitab janrı mövcuddur (ərəb dilindən tərcüməsi "qırx" deməkdir). Alimlərin bir qismi 40 hədisi rəvayət etməklə kifayətlənmiş, bəziləri isə onlara geniş şərh yazmışlar. Bəzən eyni mövzulu 40 hədisi toplamış, bəzən də müxtəlif mövzularda hədislərə müraciət etmişlər. Ağa Büzürg Tehrani şiə müəllifləri tərəfindən qələmə alınmış "Qırx hədis" adlı 77 kitabın adını çəkir (əl-Zəriə ila təsanif əl-şiə, 1-ci cild, səh. 409-434).

İmam Nəvəvi özünün "Qırx hədis" kitabında yazır ki, ilk dəfə qırx hədisi toplamış şəxs VIII əsrdə yaşamış məşhur sufi və hədis alimi Abdullah ibn Mübarək (736-797) olmuşdur.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/601355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR