Rusiyada atom sualtı qayıqdakı yanğın söndürüldü

Rusiyada atom sualtı qayıqdakı yanğın söndürüldü
19:56 7 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada atom sualtı qayıqda baş verən yanğının qarşısını alınıb.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın hadisəsi Severodvinskdə yerləşən "Zvezdoçka" gəmi təmiri zavodunda "Oryol" atom qayığında baş verib.

“Zavodda təmirə dayanan "Oryol" atom qayığında baş verən yanğının qarşısı tam alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb” - deyə zavodun rəsmi nümayəndəsi bildirib.

İlkin məlumatlara görə, yanğına səbəb qaynaq işləri zamanı təhlükəsizlik texnikasının pozulması olub. Daha əvvəl məlum olub ki, atom sualtı qayığında nüvə reaktoru yanğına qədər lokallaşdırılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR