Nazirdən son açıqlama: “NATO-dan ala bilmirksə, başqa yerdən alarıq”

Nazirdən son açıqlama: “NATO-dan ala bilmirksə, başqa yerdən alarıq”
10:43 24 Noyabr 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Rusiyadan alınan “S-400” raketdən müdafiə sistemi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazir Türkiyənin hava sahəsini qorumaq məcburiyyətində olduğunu deyib.

O, bu barədə İtaliyanın xarici işlər naziri Angelino Alfano ilə 10-cu türk-italiyan forumuna qatılarkən danışıb:

“Müttəfiqlərimizdən ala bilmirksə, başqa yerdən alarıq. Çünki Türkiyə özünü qorumaq məcburiyyətindədir. Ancaq bizim Rusiya ilə müqavilə bağlamağımız NATO-dan uzaqlaşacağımız anlamına gəlmir. Türkiyə heç bir yerə “sürüşmür”, yerində qalır. Bəzi Avropa ölkələri isə özünü başçı kimi görür”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/221920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR