Kiyev. 24 noyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində naməlum şəxslər "Azərbaycan" parkında xatirə lövhəsini boya ilə korlayıblar.
Bu hadisəyə görə, cinayətkarlar Ukrayna İnzibati-Prosessual Məcəlləsinin 173-cü maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilinirlər.
Bu barədə "Report"un Ukrayna bürosuna Odessa vilayətinin Milli Polis Kommunikasıya şöbəsinin rəisi Lyubov Qordiyevskaya məlumat verib.
"Hadisə yerində əməliyyat-istintaq qrupu olub, iş üzrə materiallar Odessanın Malinovsk Rayon Polis Şöbəsindədir", - Lyubov Qordiyevskaya bildirib.