Narkokartellə polis atışdı: 15 ölü

Narkokartellə polis atışdı: 15 ölü
21:42 7 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada cinayətkarlar və polis əməkdaşları arasında baş vermiş atışma nəticəsində 15 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, polis patrulu Puerto-Valyarta və Qvadalaxara şəhərlərini birləşdirən magistral yolda silahlı cinayətkar qrupun hücumuna məruz qalıb.
 
Məlumata görə, şiddətli atışma zamanı həmçinin bir neçə avtomobil yandırılıb.
 
Ölənlər arasında silahlı və polis əməkdaşlarının olduğu bildirilir. Hücuma məruz qalmış polis əməkdaşlarının köməyinə hərbçilər və milli jandarmeriya qüvvələri cəlb olunub.
 
Hadisə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR