“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama nəticəsində vətəndaşın ayaqqabısının sol tayının içərisində 1 ədəd bükümdə olmaqla xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.