Merilin Monronun heç yerdə görmədiyiniz erotik fotoları

Merilin Monronun heç yerdə görmədiyiniz erotik fotoları
22:51 7 Aprel 2015
966 Şou
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə kinoaktrisa, müğənni və seks-simvol kimi tanınaraq sevilən Merilin Monronun dəniz qırağında çəkdirdiyi fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, 1926-ci il iyunun 1-də Kaliforniyada anadan olan ulduzun bu şəkilləri indiyədək heç yerdə görünməyib.

Şəkillərdə əfsanəvi aktrisa əlində dəsmalla dəniz qırağında pozalar verir.

Fotoların çəkilmə vaxtı kimi 1962 il göstərilir. Aktrisanın bu şəkilləri Kaliforniyada Santa Monicada fotoqraf Corc Barris tərəfindən çəkilib.

Xatırladaq ki, 1962-ci il avqust ayının 5-i vəfat edən aktrisanın ölümündə ölməmişdən bir il öncə sevgili olduğu Con Kennedinin əli olduğu iddia edilir. Qeyd edək ki, Kennedi Merilin ilə münasibətə başladıqdan sonra prezident seçilmişdi, onun ətrafında olan insanlar isə düşünürdülər ki, spirtli içkidən istifadə edən və özünü cəmiyyət arasında belə aparan qadının ölkə başçısının yanında yeri olmalı deyil.



















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=336496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR