Azərbaycanda qeyri-neft sənayesi artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənayenin qeyri-neft sektoru ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb, neft sektoru isə 5,9 faiz azalıb.

Metbuat.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Bu dövr ərzində Azərbaycanda sənaye istehsalı (sənaye xarakterli məhsul istehsalı və xidmətlərin həcmi) 32 milyard manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 23,1 faiz çoxdur. Sənaye sahəsində özəl sektorun payı 79,9 faiz təşkil edib.

Hesabat dövründə hasilat sənayesində istehsalın həcmi 70 faiz xüsusi çəki ilə 15,3 milyard manat təşkil edib (il ərzində 6,4 faiz azalma).

Hesabat dövründə 32,2 milyon ton neft istehsal olunub, təbii qazın hasilatı isə 15,1 milyard kub metrə bərabər olub.

Qeyd olunan dövrdə Azərbaycanda neft istehsalı 2016-cı ilin ilk on ayı ilə müqayisədə 7,2 faiz, qaz istehsalı isə 2,6 faiz azalıb.

Emal sənayesində hesabat dövründə 7,95 milyard manat həcmində (ümumi sənaye istehsalının 24,8 faizi) məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır.

Bu sahədə ən böyük artım əczaçılıq sahəsində qeydə alınıb – 2,4 dəfə. Rezin və plastik məmulatlar istehsalı 89,1 faiz, toxuculuq sənayesi 68,4 faiz, elektrik avadanlığı istehsalı 59,9 faiz artıb.

2017-ci ilin yanvar-oktyabr aylarında elektrik enerjisi, qaz və buxar paylanması və təchizatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, su təchizatı, tullantıların emalı və təmizlənməsi 0,9 faiz azalıb.

Həftənin ilk iş gününə olan - Hava proqnozu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR