Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 625,7 milyon ədəd yumurta istehsal olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur. 8 ay ərzində Azərbaycanda 10 057,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu, 1 il əvvələ nisbətən 2,6% çoxdur.