Dəm qazı daha bir can aldı

İsmayıllıda 30 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Metbuat.az xəbər verir ki, hadisə İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Yusifov Emil Tanrıverdi oğlu hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən evə daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan İsmayıllı Mərkəzi rayon Xəstəxanasının təcili yardım stansiyasının briqadası Emil Yusifovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

“Kia” markalı minik avtomobili yandı - Bakıda - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR