Azərbaycan Tələbə Şəbəkəsi Avropada təhsil alan azərbaycanlıları “Global İstedad” görüşünə çağırır

Azərbaycan Tələbə Şəbəkəsi Avropada təhsil alan azərbaycanlıları “Global İstedad” görüşünə çağırır
23:18 7 Aprel 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 8 aprel, AZƏRTAC 
Aprelin 15-də Berlində Azərbaycan Tələbə Şəbəkəsinin təşəbbüsü və Berlin Ticarət və Sənaye Palatasının dəstəyi ilə 20-ə qədər şirkət Almaniyada təhsil alan tələbələrimiz qarşısında təqdimat edəcək, onların suallarını cavablandıracaq.
“Global İstedad” adlı görüş çərçivəsində tələbələrə Avropada uğurlu karyera qurmağın tələbləri və müvəffəq olmağın sirləri haqqında mütəxəssislər tərəfindən ətraflı məlumat veriləcək, onlara tanınmış şirkətlərlə münasibət imkanı yaradılacaq. Tədbirə dəvət olunmuş şirkət təmsilçiləri tələbələrimizlə öz təcrübələrini paylaşacaq, ətraflı təqdimatlar nümayiş etdirəcəklər. Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən bildirilib ki, layihənin məqsədi Avropada iş qurmaq istəyən həmvətənlərimizə düzgün istiqamət göstərmək, onlara gələcəkdə vətənimiz üçün faydalı ola biləcək sahələrdə ixtisaslaşmağa şəraiti yaratmaqdır.
Təşkilatçılar Almaniyada təhsil alan, iş və ya təcrübə imkanı axtaran həmvətənlərimizə müraciət edərək, onları bu imkandan yararlanmağa çağırır. Tədbirə qatılmaq istəyənlər pulsuz qeydiyyatdan keçmək üçün aşağıda göstərilmiş linkə daxil olaraq lazımi məlumatları daxil etməlidirlər: http://www.eventbrite.de/e/global-talent-2015-tickets-15858651654
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Telebe_Sebekesi_Avropada_tehsil_alan_azerbaycanlilari_Global_Istedad_gorusune_chagirir-844440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR