Putinin rəsmi saytı yeniləndi

Putinin rəsmi saytı yeniləndi
03:39 8 Aprel 2015
81 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin rəsmi saytının yeni versiyası bu gündən istifadəyə veriləcək. Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb. 
 
Portal iki ünvanda – "президент.рф" və ya "kremlin.ru" aktiv olacaq. 
 
"Sayt yeni görkəm alıb. O, daha sadə, daha rahat və daha müasirdir. Bu hadisəni buraxmayın!", - Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
 
O, məlumat verib ki, yeni sayt aprelin 8-i saat 8-də (Bakı vaxtı ilə saat 10.00) istifadəyə veriləcək.
 
Dmitri Peskovun sözlərinə görə, saytın məzmununun dəyişdirilməsi barədə tapşırığı şəxsən Vladimir Putin verib.
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR