100 yaşında qatil oldu

100 yaşında qatil oldu
05:41 8 Aprel 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında dəhşətli şəkildə qətl qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Nyu-Cersi ştatında yaşayan 100 yaşlı Maykl Caskin adlı kişi ondan 12 yaş kiçik olan həyat yoldaşı Rozaliyanı qətlə yetirib.

Polis ərin qadını yatarkən öldürdüyünü bildirir. Maykl həyat yoldaşının yatmasını fürsət bilərək əlinə aldığı balta ilə onu elə çarpayının içindəcə baltalayaraq vəhşicəsinə öldürüb.

Hadisəni eşidərək şoka düşən məhəllə sakinləri yaşlı cütlüyün arasında heç bir problemin olmadığını deyiblər.

İstintaq işini aparan Berqen bögə prokuroru Con Molinelli qatil ərin həyat yoldaşını hansı səbəbə görə qətlə yetirdiyi barədə hələlik heç bir sübut tapmadıqlarını dilə gətirib. Çünki o, qadını öldürdükdən sonra özünə də bıçaqla qəsd edib.

Cinayət işi ilə bağlı araşıdırmalar davam edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR