Britaniya dağılmaq üzrədir

Britaniya dağılmaq üzrədir
06:16 8 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Şotlandiya millətçiləri mayda parlament seçkilərinin ardınca, daha bir müstəqillik referendumu keçirə bilərlər.

ANS PRESS-in məlumatına görə, Şotlandiya millətçilərinin lideri Nikola Sturgeon belə bir referendumun 2016-cı ildən sonra keçirilə biləcəyini deyib.

Şotlandlar ötən ilin sentyabrında Britaniyanın tərkibində qalmağa səs versələr də, o vaxtdan keçən müddətdə millətçilərin populyarlığı xeyli yüksəlib.

Şotland millətçilərinin keçmiş lideri Alex Salmond ötən referendum ərəfəsində demişdi ki, “bu, 307 ildə İngiltərədən qopmaq üçün tarixi imkan olacaq”.

Bununla belə, xanım Sturgeon partiyasının qarşıdan gələn may ayında keçiriləcək Britaniya parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Rəy sorğuları və proqnozlara görə may seçkilərində mühafizəkarların və ya leyboristlərin qalib gələ biləcəyi bəlli olmayıb.
Bu şəraitdə Şotlandiyanın millətçi partiyası əsas Britaniya partiyalarından birini dəstəkləyə bilər. Bu təqdirdə xanım Sturgeon leyboristlərlə ittifaqın mümkünlüyünü dilə gətirib.

O, leyborist Ed Miliband-in baş nazir olmasınımı istəyir sualına, “mən Kameron-un baş nazir olmasını istəmirəm” cavabını verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR