"Hərbi əməliyyatlar İŞİD-i məhv etmək üçün imkan yaratdı -

İsrailin Müdafiə naziri Aviqdor Liberman Suriyadakı vəziyyətə dair açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, yerli telekanala müsahibəsində o bildirib ki, Suriyadakı hərbi əməliyyatlar Bəşər Əsədə hakimiyyətini qorumaq və İŞİD-i məhv etmək imkanı verdi. Libermanın sözlərinə görə, artıq Suriyada İraq-Şam İslam Dövləti adlanan ərazi yoxdur.

Burada sadəcə terror qruplaşmasının ideyaları qalır. Buna baxmayaraq, Liberman düşünür ki, Bəşər Əsəd hərbi əməliyyatlardan yorulub və bu səbəbdən hakimiyyətdə islahatlar qaçılmaz olacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR