“Bu, Azərbaycan diplomatiyasının qələbəsidir” - Arzu Nağıyev

Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara girişlə bağlı məlumat bazasında Avropa İttifaqı Şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yerləşdirilib.

Metbuat.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya dolayısı yolla kommersiya fəaliyyəti göstərən Avropa şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunmaq riski daşıyır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, Şərq Tərəfdaşlığı Sammiti bəyənnaməsi, eyni zamanda, son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasında yaranan məsələlər, son Brüssel görüşləri bir daha göstərdi ki, Avropa ilə Azərbaycan arasındakı yaxınlaşmalar daha müsbət istiqamətdə inkişaf edir. Hətta Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü, NATO səviyyəsində görüş və digər görüşlər bir daha baris təsdiq kimi dəyərləndirilməlidir.

Orada əsas iki məqam var. Birinci məqam odur ki, Azərbaycanın ərazi bütövlüyü Avropa Birliyi tərəfindən tam qəbul edilir, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Bununla əlaqədar qərarlar qəbul edilir ki, bu ərazilər işğal olunan ərazilərdir, ərazi bütövlüyünə BMT çərçivəsində yanaşmaq lazımdır. BMT çərçivəsində yanaşma olduğu üçün də həmin ərazilərdə gedən hər hansı qanunsuz iqtisadi məsələlər tikintidir, digər firmaların iştirakı da qanunsuz sayılmalıdır. Məhz buna görə Avropa Birliyi qərar qəbul edir ki, orada iştirak edən hər bir Avropa firmaları, şirkətləri qanunsuz hesab edilsin və Azərbaycan qanunlarına uyğun olaraq cəzalarına çata bilərlər. Bu, mühüm bir qələbədir, Azərbaycan diplomatiyasının qələbəsi kimi sayılmalıdır.

Eyni zamanda, Azərbaycan və Avropa Birliyi arasında artıq Avropaya inteqrasiya istiqamətində atılan addımların dəyərlərindən irəli gələn məsələdir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı