MSK Katibliyində yaradılan yeni strukturlar açıqlanıb

09:32 8 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 09:26 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Siyasi partiyaların illik maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi ilə əlaqədar MSK Katibliyində yaradılan yeni strukturlar açıqlanıb.

 

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK Katibliyinin strukturunda yer alan iki şöbədə iki yeni sektor yaradılıb.

 

Siyasi partiyaların sənədləri ilə iş sektoru Ümumi şöbənin, Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru isə Maliyyə şöbəsinin tərkibində fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR