Kataloniya separatçıları Brüsseldə

Kataloniyanın müstəqilliyinin 20 minə yaxın tərəfdarı dekabrın 7-də Brüsseldə İspaniyada həbsdə olan liderlərinin azadlığa buraxılması üçün aksiya keçirməyə hazırlaşırlar.

Metbuat.az-ın məlumatına görə, aksiyada əsas şüar isə “Oyan Avropa! Demokratiyanı bərqərar edək!” olacaq.

Hazırda Kataloniyanın keçmiş başçısı Belçikadadır və onun əleyhinə cinayət işi açılıb. Rəsmi Madrid Brüsselə Karles Puçdemonu tutmaq üçün order göndərsə də, qısa sürən məhkəmədən sonra Kataloniya lideri nəinki azadlığa buraxılıb, ona hətta siyasi fəaliyyətlə məşğul olmaq icazəsi də verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR