Açıqlamada bildirilir ki, "zəif türk lirəsi yüksək inflyasiyanı bəsləməyə davam edəcək. Türkiyə Mərkəzi Bankı (TCMB) bu durumla ciddi şəkildə mübarizə aparmalıdır".
"Yüksək inflyasiya və TCMB-nin tutarsız cavabları kredit reytinqi üçün narahatlıq yaradır", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, hazırda Türkiyədə ABŞ dollarının məzənnəsi 3,96 TRY/USD səviyyəsində qərarlaşıb və tarixi rekord həddə (3,9825 TRY/USD) çox yaxındır.