"Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Polşanın dəmir yolu idarələrinin rəhbərləri iştirak ediblər.
Azərbaycanı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov təmsil edib. İclasda komitənin işinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb. Bildirilib ki, bu dəhlizin tam istifadəyə verilməsi digər layihələrin reallaşdırılmasına imkan yaradacaq.
İclasda konteynerlərin, vaqonların "Cənub-Qərb" marşrutu uzrə daşınması üçün gələn ildən kompleks tarif qiymətlərinin müəyyənləşdirilməsi, blok-qatarların təşkili və xəttə buraxılması, komitənin işinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub.
Sonda görüşün protokolu imzalanıb.

