Neymarın atası onun "Real Madrid"ə transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun agenti kimi fəaliyyət göstərən Neymar Santos hazırda bu barədə düşünmədiklərini qeyd edib.

"Vəziyyət sürətlə dəyişir. Bu gün "Real"a getmək fikrimiz yoxdur. Amma 5-6 il sonra nə olacağını deyə bilmərəm. Neymar yenicə PSJ-yə keçib, onun klubla müqaviləsi var. Hələ 3 aydır Paris klubunda oynayır. Bizsə onun başqa kluba transferindən danışırıq. Belə suallara cavab vermək çətindir. Neymar Avropanı tərk etməyi, ümumiyyətlə düşünmür. Məqsədimiz hər zaman can atdığımız Avropada qalmaqdır. Ola bilsin, bir neçə il sonra Neymar "Palmeyras", "Flamenqo" və ya "Santos" formasını geyinsin. Hazırda bu barədə fikirlər sadəcə söz-söhbətlərdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində