"Azəryolservis"in fəryadı: təmir işləri apara bilmirik - VİDEO

"Azəryolservis"in fəryadı: təmir işləri apara bilmirik - VİDEO
10:05 8 Aprel 2015
209 Sosial
Ölkə mətbuatı
A- A+

"Bakıda avtomobillərin düzgün, qaydalara uyğun olmayan şəkildə parklanması ucbatından nəinki əsaslı, heç cari təmir işləri də apara bilmirik".

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, paytaxtın bir neçə küçə və prospektlərində avtomobillərin sürücülər tərəfindən yol kənarında düzgün saxlanmaması ciddi problemlər yaradır: “Məsələn, 20 Yanvar dairəsindən köməkçi yolla “Aztelekom” İstehsalat Birliyinin qarşısından Tbilisi prospektinə keçmək, demək olar ki, mümkün deyil. Köməkçi yol onsuz da çox dardır, amma indi oranı elə hala gətiriblər ki, ümumiyyətlə keçmək mümkün deyil. 3-cü mikrorayon dairəsinin qarşısında avtodayanacaq var. Amma hamı avtomobili bazarın qabağında saxlayır. Sonra həmin maşın çıxıb yola düzəlmək istəyəndə digər nəqliyyat vasitələrinin qarşısını kəsir və nəticədə böyük tıxac yaradır”.

P.Mürsəliyev əlavə edib ki, elə küçələr var ki, orada parklanmalar səbəbindən təmir işləri aparmaq olmur. Bəzən isə görülən işlər sürücülər tərəfindən zay edilir:

“Məsələn, şəhərin mərkəzində Nizami küçəsini xətləyə bilmirik. Orada parklanmanı yığışdırmaq olmur. Gecə 3-4-də avtomobillər yolun kənarında saxlandığından yolun ortasını xətləyirik. Ümid edirik ki, nə vaxt avtomobilləri götürsələr, digər hissələri də xətləyərik. Amma bir də görürük ki, xətlənmiş yerin rəngi qurumamış üstündən keçir, rəngi yola yayır, hər şeyi zay edirlər. İndi biz nə edək? Belə çıxır ki, işləməməliyik?! Parklanmanın əlindən, demək olar ki, təmir işləri apara bilmirik. Hətta yol polisinin xəbərdarlıqlarına baxmayaraq, bunlarla bacarmaq olmur. Bəzən həmin avtomobillərin sürücülərini tapa bilmirik. Ona görə də dəhşətli bir vəziyyət yaranıb. Parkedilmə yollarda hərəkəti iflic vəziyyətə salmaqla yanaşı, yol təsərrüfatı orqanının da işini çətinliyə salıb”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR