Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 2008-ci il təvəllüdlü Kiçikbəyova Aysu Ağamir qızı yol kənarında hərəkət edən zaman onu motosiklet vurub.
A.Kiçikbəyova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin