Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir.

Publika.az
xəbər verir ki, görüşdə regional əməkdaşlıq və regionda baş verən proseslər müzakirə edilir. Sonda nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Pakistan və Türkiyə xarici işlər nazirləri həmçinin sabah Bakıda keçiriləcək “Asiyanın ürəyi - İstanbul prosesi”nin xarici işlər nazirlərinin toplantısına qatılacaqlar.