Bakı. 1 dekabr. REPORT.AZ/ "Beynəlxalq hüquqa, suverenliyə ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir.
"Status-kvo dəyişdirilməlidir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır", - deyə prezident bildirib.