Norveç - Azərbaycan matçının stadionu müəyyənləşib

Norveç - Azərbaycan matçının stadionu müəyyənləşib
12:47 8 Aprel 2015
141 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. "Report"un məlumatına görə, görüş iyunun 12-də Oslo şəhərindəki "Ullevol" stadionunda keçiriləcək. 
Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.
Qeyd edək ki, 1927-ci ildən tikilən "Ullevol" stadionu 27572 tamaşaçı tutumuna malikdir. Norveç yığması H qrununda İtaliya (0:2) və Bolqarıstanla (2:1) da əvvəlki ev oyunlarını bu arenada keçirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/norvec-azerbaycan-matci-stadion

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR