Mərkəzi küçələrin birində polietilen torbaya bükülərək zibil qutusuna atılmış körpə tapılıb.
Publika.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, hadisə Filippinin Kalokan şəhərində qeydə alınıb. Küçədən keçən insanlar gecə saatlarında zibil qutusunun içərisindən uşaq səsləri eşidib. Zibil qutusuna yaxınlaşan iki nəfər orada yeni doğulmuş körpənin olduğunu görüb.
Onlar uşağı götürərək dərhal yaxınlıqdakı xəstəxanaya aparıblar. Nəfəs almaqda çətinlik çəkən körpəni həyata qaytarmaq mümkün olub.
Polislər faktla bağlı istintaq başladıb. Uşağın valideynləri və onu bura atan şəxslərin kimlikləri araşdırılır.
Könül Cəfərli