Bütün uçuşlar cədvələ uyğun həyata keçirilir

Bakıda dekabrın 3-də səhər saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bu barədə Metbuat.az-a hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hər hansı reysin ləğv olunması barədə hələlik məlumat yoxdur" - deyə hava limanından bildiriblər.

Salyanda faciə - İki azyaşlı yanaraq öldü - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR