Bakı şəhəri hər il keçirilən mini-futbol üzrə "QKS" kubokunun sayca 10-cu yubiley çempionatına ev sahibliyi etməyə hazırlaşır. Ənənəyə əsasən, "QKS" kuboku 10 il ərzində dünyanın müxtəlif şəhərlərində keçirilib. Turnir Kazan, Sankt-Peterburq, Soçi, Dubay və digər şəhərlərdə təşkil olunmuşdur. ASEP (Azfar Sport Events & Promotion) şirkətinin dəvəti ilə yubiley turnirinin məhz Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Təşkilatçı olaraq Azərbaycan tərəfindən ASEP (Azfar Sport Events & Promotion) şirkəti, Rusiya tərəfindən isə elmi istehsalat müəssisəsi "QKS" çıxış edəcəkdir. Turnirdə Rusiyanın müxtəlif reqionlarından olan 9 komanda və Azərbaycan tərəfindən xüsusi dəvət alan bir komanda iştirak edəcəkdir. Eyni zamanda, komandalarına dəstək olmaq üçün paytaxtımıza 500-ə yaxın azərkeşin gəlişi gözlənilir. Tədbirin partnyorları arasında "Pullman Baku" oteli və tibbi dəstək göstərəcək "Həyat Clinic"olacaqdır.

Turnirin təşkilindən savayı, ASEP (Azfar Sport Events & Promotion) şirkəti şəhərimizin qonaqları üçün şəhər gəzintisi, milli mətbəx, folklor və adət-ənənələrlə tanışlıq kimi mədəni və əyləncəli proqramlar da nəzərdə tutmuşdur. Turnir haqqında əlavə məlumatları təşkilatçı şirkətin rəsmi internet səhifəsindən öyrənmək olar - www.asep.az

Xatırladaq ki, ASEP (Azfar Sport Events & Promotion) şirkətinin fəaliyyət istiqamətlərindən biri də idman tədbirlərinin keçirilməsidir. Şirkət təşkilatçısı olduğu Azfar Biznes Liqası, AMFL mini futbol liqası və Azfar futbol məktəbi kimi lahiyələrlə tanınmaqdadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində