Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 6-cı turun ən yaxşı oyunçusu adına "Real Madrid"in hücumçusu Kriştianu Ronaldu layiq görülüb.

İspaniya təmsilçisinin Almaniyanın "Borussiya" (Dortmund) komandasını evdə 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada bir qol vuran 32 yaşlı portuqaliyalı forvard səslərin 41 faizini qazanıb. İkinci yeri İngiltərənin "Liverpool" komandasının futbolçusu Filippe Koutinyo tutub. Braziliyalı yarımmüdafiəçiyə səsvermədə iştirak edənlərin 38%-i dəstək olub. Almaniya çempionu "Bayern Münhen"in yarımmüdafiəçisi Korenten Tolisso isə 8 faiz səslə üçüncü olub.

Ronaldu dekabrın 7-də Fransanın "France Football" jurnalının 2017-ci ilin yekununa əsasən, "Qızıl top" mükafatına da layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində