"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçiriblər.