"Report" xəbər verir ki, sözügedən beynəlxalq mükafata layiq görülən görkəmli və nüfuzlu şəxslər arasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da adı var.
Xatırladaq ki, "Beynəlxalq Qəzetçilər və Televiziyaçılar Federasiyası"nın (İPJA) Mükafatlandırma Komissiyasının 10 üzvündən 2-si Azərbaycandan təmsil olunur. Bunlar İPJA-nın Azərbaycan təmsilçisi Vasif Həsənli və Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevdir.