"Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bir vaxtlar Sovet İttifaqı üçün çox böyük şəxsiyyət olub"

"Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bir vaxtlar Sovet İttifaqı üçün çox böyük şəxsiyyət olub"
12:37 12 Dekabr 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bir vaxtlar Sovet İttifaqı adlanan irimiqyaslı geosiyasi məkanı üçün çox böyük şəxsiyyət olub.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq, qafqazşünas Oleq Kuznetsov deyib.

O deyib: "Bir Rusiya vətəndaşı olaraq mənim üçün Heydər Əliyev yaddaşımda uşaqlıq və gənclik illərimdə ölkəni idarə edən şəxslərdən biri kimi qalacaq. O, bir dövlət adamı kimi Azərbaycan çərçivələrindən kənara çıxsa da, sözsüz ki, Azərbaycan üçün bir nömrəli tarixi şəxsiyyətdir".

Azərbaycanın böyük liderinin tarixi xidmətlərindən danışan politoloq vurğulayıb ki, Heydər Əliyevin fəaliyyətini ölümsüz hesab etmək olar və bu cür şəxsiyyətlər tarix tərəfindən unudulmur: "Tarix ciddi elmdir və onun qanunlarına uyğun olaraq, bir neçə nəsildən sonra tarixdə yalnız ölkənin və xalqın taleyini müəyyən edən şəxsiyyətlər qalır. Heydər Əliyev məhz bu cür rəhbərlərə aiddir, onun şəxsiyyəti və xidmətləri haqqında ölümündən əlli, yüz il sonra da xatırlayacaqlar".

O, həmçinin qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın, bu gün Azərbaycanda mövcud olan dövlətçilik modelinin və siyasi rejimin qurucusudur.

Politoloq vurğulayıb ki, Heydər Əliyev xalqın ümummilli lideri adını öz həyatı ilə qazanıb: "Əgər kənardan baxsaq görərik ki, müasir Azərbaycan dünyəvi və demokratik dövlətdir, bunun nümunələrini müsəlman ölkələrində nadir hallarda görmək olar. Ölkə inkişaf edən iqtisadiyyata və demokratik siyasi rejimə malikdir, bunu da postsovet ölkələrində nadir hallarda görmək olar".

Politoloq qeyd edib ki, SSRİ-dən sonra Azərbaycan vətəndaşları hər sahədə layiqli həyat sürüblər və buna görə də onlar məhz bu cür dövlətçiliyin siyasi əsasını qoymuş Heydər Əliyevə minnətdar olmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/607231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR