Avstriyada baş verən partlayışdan sonra Avropanın bir sıra ölkələrinə qaz təchizatı dayandırılıb

Avstriyada baş verən partlayışdan sonra Avropanın bir sıra ölkələrinə qaz təchizatı dayandırılıb
15:07 12 Dekabr 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Avstriyada OMV şirkətinin qaz terminalında baş verən partlayışdan sonra İtaliya, Sloveniya və Macarıstana qaz təchizatı dayandırılıb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın tənzimləyicisinin məlumatında deyilir.
Daha əvvəl OMV şirkətindən standart təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq, partlayışla əlaqədar terminalın bağlanılacağı bildirilib.
Qeyd edək ki, partlayış səhər saatlarında Avstriyanın Baumqarten şəhərində qaz terminalında baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, onlarla yaralı isə yanıq xəsarətləri ilə Vyana xəstəxanalarına çatdırılıb. Hüquq-mühafizə orqanları yollarda hərəkəti dayandırıb.
Baumqarten terminalı Avstriyanın əsas qazpaylayıcı mərkəzidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstriyada-bas-veren-partlayisdan-sonra-avropanin-bir-sira-olkelerine-qaz-techizati-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR