Silahlı Qüvvələrə əlavə vəzifələr verildi: terrorçuluqla mübarizə...

Silahlı Qüvvələrə əlavə vəzifələr verildi: terrorçuluqla mübarizə...
16:14 12 Dekabr 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.
 
APA-nın məlumatına görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.
 
Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR